...

Mixail Saakaşviliyə baş nazirin müavini vəzifəsi təklif edildi

Dünya xəbərləri Materials 22 Aprel 2020 15:34 (UTC +04:00)
Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstanın sabiq prezidenti Mixail Saakaşviliyə baş nazirin islahat məsələləri üzrə müavini vəzifəsinə təklif edib
Mixail Saakaşviliyə baş nazirin müavini vəzifəsi təklif edildi

Bakı. Trend:

Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstanın sabiq prezidenti Mixail Saakaşviliyə baş nazirin islahat məsələləri üzrə müavini vəzifəsinə təklif edib.

Trend-in məlumatına görə, bunu M.Saakaşvili öz “Facebook” səhifəsində yazıb.

O, həmçinin baş nazir Denis Şmıqal ilə görüşdüyünü də deyib.

M.Saakaşvili Ukrayna Ali Radasına öz proqramını təqdim edəcəyini bildirib.

Qeyd edək ki, Mixail Saakaşvili 2015-2016-cı illərdə Ukraynanın Odessa vilayətinin qubernatoru və prezident Pyotr Poroşenkonun müşaviri işləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti