...

Nyu Yorkda koronavirusa yoluxanların sayı artıb

Dünya xəbərləri Materials 24 Aprel 2020 07:25 (UTC +04:00)
Nyu Yorkda koronavirusa yoluxanların sayı artıb

Bakı. Trend:

ABŞ-ın Nyu York ştatında yeni növ koronavirusa daha 6 244 yoluxma halı qeydə alınıb.

Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə ştatın qubernatoru Endyu Kuomonun saytında yerləşdirilən məlumatda deyilir.

Mlumatda bildirilir: "Nyu York ştatında koronavirusa 6 244 yeni yoluxma halı təsdiqlənib, yoluxanların ümumi sayı 263 460 nəfərə çatıb".

Qeyd edək ki, Con Hokins Universitetinin məlumatına əsasən, ABŞ-da yeni koronavirusa 856,2 mindən artıq yoluxma halı qeydə alınıb. Bildirilir ki, 47 272 nəfər dünyasını dəyişib, 78 339 nəfər isə sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti