...

Nyu-York ştatında son sutka koronavirusdan 422 nəfər ölüb

Dünya xəbərləri Materials 25 Aprel 2020 00:30 (UTC +04:00)
Nyu-York ştatında son sutka koronavirusdan 422 nəfər ölüb

Bakı. Trend:

Ötən gün ABŞ-ın Nyu York ştatında koronavirusdan ölənlərin sayı 422 nəfər təşkil edib ki, bu da bir gün əvvəlkindən 16 nəfər azdır.

Trend-in məlumatına görə, bu barədə ştat qubernatoru Endryu Kuomo bildirib.

"Ölənlərin sayı 422-dir. Bu yenə də dəhşətli xəbərdir, say azalır, amma yenə də qorxuncdur",- E.Kuomo deyib.

Nyu-Yorkda koronavirus qurbanlarının sayına görə rekord bir gündə 799 nəfərin öldüyü aprelin 8-i olub, qurbanlarının ümumi sayı 15 min nəfəri keçib. Ştatda gündəlik koronavirusa orta hesabla 1300 yoluxma halı aşkarlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti