...

Meksikada koronavirusa yoluxanların sayı 20 mini ötüb

Dünya xəbərləri Materials 2 May 2020 07:24 (UTC +04:00)
Meksikada koronavirusa yoluxanların sayı 20 mini ötüb

Bakı. Trend:

Meksikada yeni növ koronavirusa son sutka ərzində daha 1 515 nəfər yoluxub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu ölkənin Səhiyyə Nazirliyinin baş epidemioloqu Xose Luis Alomiya deyib.

Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 20 739 nəfərə çatıb.

Baş epidemioloq qeyd edib ki, son sutka ərzində 113 nəfər koronavirusdan ölüb, ölənlərin ümumi sayı 1 972 nəfər təşkil edir.

Qeyd edilir ki, ən çox yoluxma halları ölkənin paytaxtında, həmçinin Mexiko, Aşağı Şimali Kaliforniya, Sinaloa və Tabasko ştatlarında qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti