...

Avstraliyada kömür mədəni partladı - Yaralılar var

Dünya xəbərləri Materials 6 May 2020 12:12 (UTC +04:00)
Avstraliyanın şimalındakı Kuinslend ştatında kömür mədənlərinin birində partlayış baş verib
Avstraliyada kömür mədəni partladı - Yaralılar var

Bakı. Trend:

Avstraliyanın şimalındakı Kuinslend ştatında kömür mədənlərinin birində partlayış baş verib.

Trend-in məlumatına görə, partlayış nəticəsində beş mədən işçisi yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Onların vəziyyətinin ağır olduğu deyilir.

Hadisə yerində axtarış-xilastmə işləri aparılır. Mədəndə qalan digər mədənçiləin təxliyəsi davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti