...

Qırğızıstanda daha 24 nəfər koronavirusa yoluxub

Dünya xəbərləri Materials 7 May 2020 09:36 (UTC +04:00)
Qırğızıstanda daha 24 nəfər koronavirusa yoluxub

Bakı. Trend:

Qırğızıstanda ötən sutka daha 24 nəfər yeni növ koronavirusa yoluxub.

Trend-in "Kabar"a istinadən verdiyi məlumata görə, bunu brifinq zamanı ölkənin səhiyyə nazirinin müavini Nurbolot Usenbeyev deyib.

Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 895 nəfərə çatıb.

N.Usenbeyev qeyd edib ki, ötən gün həmçinin 23 nəfər koronavirusdan sağalaraq evə buraxılıb: "Onların hamısının təkrar testlərinin nəticələri mənfi olub. Ümumilikdə ölkədə 637 nəfər koronavirusdan sağalıb".

Qeyd edək ki, Qırğızıstanda koronavirusdan 12 nəfər dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti