...

Fransada fövqəladə vəziyyət rejimi iyulun 10-dək uzadıldı

Dünya xəbərləri Materials 9 May 2020 23:31 (UTC +04:00)
Fransada fövqəladə vəziyyət rejimi iyulun 10-dək uzadıldı

Bakı. Trend:

Fransa parlamenti ölkədə koronavirusla əlaqədar fövqəladə vəziyyət rejiminin iyulun 10-dək uzadılması barədə qanun layihəsini təsdiq edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Fransa Milli Məclisinin (parlamentin aşağı palatası) "Twitter" səhifəsində bildirilir.

Məlumatda deyilir: "Birgə paritet komitəsində deputatlar və senatorlar arasında razılıq əldə edildikdən sonra Milli Məclis səhiyyə sahəsində fövqəladə vəziyyətin uzadılması barədə qanun layihəsini qəbul edib".

Bildirilir ki, daha əvvəl bu sənəd üzrə səsvermə Senatda keçirilib (parlamentin yuxarı palatası). Təqdim olunan layihənin lehinə 252 deputat, əleyhinə isə 87 deputat səs verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti