...

Şimali Koreyada xəstəxana tikintisi zamanı onlarla partlamamış bomba tapılıb

Dünya xəbərləri Materials 16 May 2020 14:47 (UTC +04:00)
Şimali Koreyanın paytaxtı Pxenyanda xəstəxana tikintisi zamanı Koreya müharibəsi dövrünə aid onlarla bomba tapılıb
Şimali Koreyada xəstəxana tikintisi zamanı onlarla partlamamış bomba tapılıb

Bakı. Trend:

Şimali Koreyanın paytaxtı Pxenyanda xəstəxana tikintisi zamanı Koreya müharibəsi dövrünə aid onlarla bomba tapılıb.

Trend-in məlumatına görə, bu barədə Rusiyanın bu ölkədəki səfirliyinin “Facebook” səhifəsində yazılıb.

Ümumilikdə, şəhərin mərkəzində yerləşən tikinti sahəsində 50 partlamamış bomba tapılıb. Onlar arasında 50 və 250 kiloqramlıq bombalar da olub.

Partlayıcılar daha sonra mütəxəssislər tərəfindən zərərsizləşdirilib.

Qeyd edək ki, Şimali və Cənubi Koreya arasında müharibə 1950-ci ilin iyunundan 1953-cü ilin iyulunadək davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti