...

İsveçrə səfiri İran XİN-ə çağırıldı

Dünya xəbərləri Materials 17 May 2020 19:57 (UTC +04:00)
İsveçrə səfiri İran XİN-ə çağırıldı

Bakı. Trend:

İranın xarici işlər nazirinin müavini Abbas Araqçı İslam Respublikasında ABŞ-ın maraqlarını təmsil edən İsveçrənin səfirini Xarici İşlər Nazirliyinə çağırıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə İran XİN-nin mətbuat xidmətindən bildiriblər.

A.Araqçı İsveçrə səfiri ilə söhbərində Vaşinqtona Venesuelaya gedən İran tankerlərinin təqib olunması ilə bağlı xəbərdarlıq edib.

Bundan əlavə, İran XİN rəhbəri Məhəmməd Cavad Zərif BMT-nin baş katibi Antoniu Quterreşə məktub göndərib. Məktubda nazir vurğulayıb ki, "ABŞ beynəlxalq hüquqa, xüsusən naviqasiya azadlığına hörmət etməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti