...

Dünyada koronavirusa yoluxanların sayı 100 mindən çox artıb

Dünya xəbərləri Materials 17 May 2020 21:37 (UTC +04:00)
Dünyada koronavirusa yoluxanların sayı 100 mindən çox artıb

Bakı. Trend:

Dünyada yeni koronavirusa yoluxanların sayı sutkada 100 mindən çox artaraq 4,5 milyonu keçib. Eyni zamanda təsdiqlənmiş ölüm hallarının sayı 5 min nəfərə yaxın artaraq 307 mini keçdi.

Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Məlumata əsasən, dünyada 4 525 497 yoluxma və 307 395 ölüm faktı qeydə alınıb. Sutka ərzində daha 100 012 nəfər koronavirusa yoluxub, daha 5 336 nəfər ölüb.

Şimali və Cənubi Amerika bölgəsi yoluxanların sayına görə birinci yerdədir - 1 966 932 nəfər. Sutkada yoluxanların sayı 57 449 nəfər artıb. Ölənlərin sayı 3 742 nəfər artaraq 118 799 nəfərə çatıb. Avropada 1 870 545 yoluxma və 165 951 ölüm halı qeydə alınıb. 24 saat ərzində yoluxanların sayı 22 100, ölüm hallarının sayı isə 1 228 nəfər artıb.

Dünyada yoluxanların sayında üçüncü yeri Şərqi Aralıq dənizi bölgəsi tutur. Mayın 17-na olan vəziyyətə görə, orada 326 568 yoluxma, 9 841 ölüm faktı qeyd edilib. Sutka ərzində yoluxanların sayı 10 900 nəfər artıb, 140 nəfər ölüb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti