...

Moskvada son sutkada koronavirusdan daha 71 nəfər ölüb

Dünya xəbərləri Materials 19 May 2020 06:42 (UTC +04:00)
Moskvada son sutkada koronavirusdan daha 71 nəfər ölüb

Bakı. Trend:

Son sutka ərzində Rusiyanın paytaxtı Moskvada koronavirusa yoluxan daha 71 nəfər ölüb.

Trend-in məlumatına görə, Moskvada koronavirus infeksiyası ilə əlaqədar vəziyyətə nəzarət və monitorinq üzrə əməliyyat qərargahından bildiriblər.

Bildirilib ki, paytaxtda sətəlcəm diaqnozu qoyulan və koronavirus infeksiyası ilə bağlı testlərin müsbət çıxdığı 71 nəfər vəfat edib.

Ümumilikdə, Moskvada koronavirusa yoluxması təsdiq edilən 1 651 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti