...

Avropada mentollu siqaretlərin satışı qadağan edildi

Dünya xəbərləri Materials 20 May 2020 17:23 (UTC +04:00)
Avropa İttifaqı ərazisində mentollu siqaretlərin satışı qadağan edilib
Avropada mentollu siqaretlərin satışı qadağan edildi

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) ərazisində mentollu siqaretlərin satışı qadağan edilib.

Trend-in məlumatına görə, bu barədə Avropa Komissiyasının qərarı bu gündən etibarən qüvvəyə minir.

Aİ-də tütün məmulatlarının satışına məhdudiyyətlər barədə qanunvericilik 2014-cü ildə qəbul olunmuşdu. Qanunvericiliyə əsasən, ətirli, o cümlədən mentollu siqaretlərin bazarlardan mərhələli şəkildə yığışdırılması nəzərdə tutulurdu. 2012-ci ildə ətirli siqaretlərin satışı Avropada ümimi tütün bazarının 5 faizini təşkil edirdi.

Qeyd olunur ki, mentollu siqaretlərin populyarlaşmasından sonra tütün əleyhinə reklam kampaniyalarının səmərəliliyinin azalması müşahidə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti