...

Ermənistanda koronavirusa yoluxanların sayı kəskin artıb

Dünya xəbərləri Materials 21 May 2020 11:11 (UTC +04:00)
Ermənistanda koronavirusa yoluxanların sayı kəskin artıb

Bakı. Trend:

Ermənistanda koronavirusa yoluxanların sayı 5 606 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 335 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 3 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 70 nəfər koronavirusdan ölüb, 2 955 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti