...

Nyu-York ştatında koronavirusdan ölüm hallarının sayı azalıb

Dünya xəbərləri Materials 22 May 2020 01:48 (UTC +04:00)
ABŞ-ın Nyu-York ştatında sutkada koronavirusun yaratdığı xəstələyikdən ölüm halları azalıb və yeni infeksiyala hallarının sayı da azalıb
Nyu-York ştatında koronavirusdan ölüm hallarının sayı azalıb

Bakı. Trend:

ABŞ-ın Nyu-York ştatında sutkada koronavirusun yaratdığı xəstəlikdən ölüm halları azalıb və yeni infeksiya hallarının sayı da azalıb.

Trend-in məlumatına görə, bunu Nyu-York ştatının qubernatoru Endryu Kuomo Olbani şəhərində təşkil etdiyi mətbuat konfransında bildirib.

E.Kuomo qeyd edib ki, sutkada koronavirusdan ölənlərin sayı 112-dən 105-ə düşüb:

"Koronavirusa yoluxmanın yeni hallarının sayı 246 nəfərədək düşüb və bu, həqiqətən yaxşı xəbərdir".

Dövlət məktəblərində yeni tədris ilinin başlama vaxtı barədə danışarkən E.Kuomo vurğulayıb ki, "konkret tarixlər barədə danışmaq hələ tezdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti