...

Ermənistanda daha 322 nəfər koronavirusa yoluxdu

Dünya xəbərləri Materials 22 May 2020 11:03 (UTC +04:00)
Ermənistanda daha 322 nəfər koronavirusa yoluxdu

Bakı. Trend:

Ermənistanda koronavirusa yoluxanların sayı 5 928 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 322 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 4 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 74 nəfər koronavirusdan ölüb, 2 952 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti