...

Ermənistan yeni yoluxma hallarının sayına görə dünyada 6-cı yerdə qərarlaşıb

Dünya xəbərləri Materials 25 May 2020 01:58 (UTC +04:00)
Ermənistan yeni yoluxma hallarının sayına görə dünyada 6-cı yerdə qərarlaşıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Ermənistan mayın 24-ü 1 milyon əhaliyə düşən koronavirusa yeni yoluxma hallarının sayına görə dünyada 6-cı yerdə qərarlaşıb.

Trend-in Ermənistan KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə "Our World in Data" saytında bildirilir.

Məlumata əsasən, bu göstərici baxımından Ermənistanı Qətər (601 yoluxma halı), Bəhreyn (228), Küveyt (210), Çili (184), San-Tome və Prinsipi (182) qabaqlayırlar.

Xatırladaq ki, mayın 24-ü saat 11:00 üçün Ermənistanda koronavirusa 359 yeni yoluxma halı və koronavirusdan 4 ölüm halı qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti