...

Fransada ictimai nəqliyyatda maska rejimi davam edəcək

Dünya xəbərləri Materials 27 May 2020 20:32 (UTC +04:00)
Fransada ictimai nəqliyyatda maska rejimi davam edəcək

Bakı. Trend:

Fransada yeni növ koronavirusa qarşı vaksin hazırlanana qədər əhali ictimai nəqliyyatda maska taxmaq məcburiyyətində olacaq.

Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, bunu Fransanın ekologiya naziri Elizabet Born deyib.

Onun sözlərinə görə, ictimai nəqliyyatda sərt qaydalar tətbiq olunub, sərnişinlər dezinfeksiyaedici maddələrdən istifadə edirlər, yerlərə insanların sosial məsafəni qorumaları üçün nişanlar vurulub:

"Düşünürəm ki, müalicə üsulu və ya vaksin hazır olana qədər ictimai nəqliyyatda maska taxmaq məcburiyyətini, şübhəsiz ki, saxlamaq lazım olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti