...

Ermənistanda koronavirusdan ölənlərin sayı 139 nəfərə çatıb

Dünya xəbərləri Materials 1 İyun 2020 11:31 (UTC +04:00)
Ermənistanda koronavirusdan ölənlərin sayı 139 nəfərə çatıb

Bakı. Trend:

Ermənistanda koronavirusa yoluxanların sayı 9 492 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 210 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 8 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 139 nəfər koronavirusdan ölüb, 5 861 nəfərin müalicəsi isə davam edir.

Xatırladaq ki, ölkənin baş naziri Nikol Paşinyan da koronavirusa yoluxub.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti