...

Nyu-Yorkda komendant saatı elan edilir

Dünya xəbərləri Materials 2 İyun 2020 00:40 (UTC +04:00)
Nyu-Yorkda komendant saatı elan edilir

Bakı. Trend:

Nyu-York səlahiyyətliləri hazırda ölkədə davam edən iğtişaşlar səbəbindən 1 iyun saat 23:00-dan 2 iyun saat 05:00-a qədər şəhərdə komendant saatı elan ediblər.

Trend-in məlumatına görə, bu barədə şəhərin meri Bill de Blazio "Twitter" səhifəsində xəbər verib.

"Nyu-Yorklular, mən ştat qubernatoru Endryu Kuomo ilə danışmışam, biz təhlükəsizliyi təmin etmək məqsədi ilə komendant saatı tətbiq etməyi qərara almışıq", - Bill de Blazio yazıb.

E.Kuomo isə "Twitter" səhifəsində bildirib: "Nyu-York sakinləri, siz saat 23:00-dan sonra evdən çıxmamalısınız".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti