...

İranda koronavirusdan ölәnlәrin sayı 8 mini keçib

Dünya xəbərləri Materials 3 İyun 2020 13:57 (UTC +04:00)
İranda koronavirusdan ölәnlәrin sayı 8 mini keçib

Bakı. Elnur Bağışov - Trend:

İranda ötәn sutka әrzindә koronavirusdan (COVID-19) daha 70 nәfәrin ölmәsi ilә bu virusdan ölәnlәrin sayı 8 012 nәfәrә çatıb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin rәhbәri Kiyanuş Cahanpur deyib.

K.Cahanpurun sözlərinə görə, ötәn 24 saat әrzindә daha 3 134 yoluxmanın tәsdiqlәnmәsi ilә bu say 160 696-ya yüksәlib. Virus daşıyıcılarından 2 557 nәfәrin vәziyyәti ağırdır.

Nazirlik rәsmisi 125 206 nәfәrin sağaldığını deyib. İranda indiyәdәk 997 mindәn çox diaqnoz testi hәyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti