...

OPEC nazirlərinin hər iki görüşü bir gündə keçiriləcək

Dünya xəbərləri Materials 5 İyun 2020 10:42 (UTC +04:00)
OPEC nazirlərinin hər iki görüşü bir gündə keçiriləcək

Bakı. Trend:

OPEC və bu quruma daxil olmayan ölkələrin nazirlərinin görüşü əvvəlki kimi iki gün ərzində yox, bir gündə, iyunun 6-da keçiriləcək.

Trend-in məlumatına görə, bunu danışıqlarda iştirak edən mənbələrdən biri bildirib.

Qeyd olunur ki, OPEC nazirlərinin görüşü Vyanada yerli vaxtla saat 14:00-da, OPEC-ə daxil olmayan ölkə nazirlərin görüşü saat 16:00-da nəzərdə tutulub.

Görüşlər zamanı neft hasilatının azaldılması qərarının müddətinin uzadılması gözlənilir.

Xatırladaq ki, bu ilin aprel ayında OPEC+ ölkələri hasilatı 9,7 milyon barel/sutka azaltmaq qərarı vermişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti