...

Türkiyədə koronavirusdan sağalanların sayı 140 minə yaxınlaşır

Dünya xəbərləri Materials 7 İyun 2020 21:01 (UTC +04:00)
Türkiyədə koronavirusdan sağalanların sayı 140 minə yaxınlaşır

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha 23 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca öz "Twitter" səhifəsində bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 692 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 914 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 170 132 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 2 647 nəfər olmaqla 137 969 nəfər təşkil edir.

Son sutka ərzində koronavirusla bağlı 35 335 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti