Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin 41 vilayətində valilərin dəyişməsini təsdiq edib.
Trend-in məlumatına görə, bu barədə qərar Türkiyənin rəsmi qəzetində dərc edilib.
Valilərdən 23-ü digər vilayətlərə keçirilib, 18 nəfər isə azad edilib. Onlardan 17-i mərkəzi aparatda iş üçün çağırılıb. Muğla vilayətinin valisi Esengül Civelek Türkiyə prezidentinin baş müşaviri təyin edilib.
Vali dəyişikliyi İzmir, Antalya, Konya, Diyarbəkir kimi vilayətlərə də şamil edilib.