...

Misir iyulun 1-dən beynəlxalq uçuşları və turizmi qismən bərpa edir

Dünya xəbərləri Materials 11 İyun 2020 23:45 (UTC +04:00)
Misir iyulun 1-dən beynəlxalq uçuşları və turizmi qismən bərpa edir

Bakı. Trend:

Misir iyulun 1-dən etibarən daxili və qismən beynəlxalq aviaəlaqəni bərpa etməyi planlaşdırır.

Trend-in məlumatına görə, bunu ölkənin İnformasiya naziri Üsamə Heykəl deyib.

Onun sözlərinə görə, ölkədə, həmçinin turizm sahəsi qismən bərpa olunacaq.

Nazir bildirib ki, turizm üçün ilk növbədə koronavirusdan daha çox ziyan çəkmiş bölgələr açılacaq. Bu, Cənubi Sinay, Qırmızı dəniz kurortlarına və Aralıq dənizi sahilində yerləşən Matrux əyalətinə aiddir.

Bundan başqa, ölkədə komendant saatının müddəti iki saat azaldılır, ticarət mərkəzlərinin iş saatları uzadılır.

Turizm Nazirliyi öz növbəsində piramidaların, Karnak məbədinin və Luksorda Tutanxamonun sərdabəsinin turistlər üçün açıldığını elan edib. Bu məntəqələrdə eyni anda 10-dək turist ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti