...

Şoyqu və Lavrov Türkiyəyə səfər edəcəklər

Dünya xəbərləri Materials 13 İyun 2020 19:43 (UTC +04:00)
Şoyqu və Lavrov Türkiyəyə səfər edəcəklər

Bakı. Trend:

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu iyunun 14-ü Türkiyəyə səfər edəcəklər.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir: "Rusiya və Türkiyə dövlət başçıları Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında əldə edilən razılaşmalara uyğun olaraq, Rusiya xarici işlər və müdafiə nazirləri S.Lavrov və S.Şoyqunun rəhbərlik etdiyi nümayəndə heyəti qarşılıqlı maraq kəsb edən regional məsələlər ətrafında məsləhətləşmələr aparmaq üçün iyunun 14-də Türkiyəyə səfər edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti