...

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 142 mindən çox artıb

Dünya xəbərləri Materials 14 İyun 2020 02:21 (UTC +04:00)
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 142 mindən çox artıb

Bakı. Trend:

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 142 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

İyunun 11-i saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 142 672 nəfər yeni koronavirusa yoluxub, 5 055 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 7 553 182, ölənlərin isə 423 349 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 3 638 525 yoluxma və 196 440 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 2 378 958, ölənlərin sayı isə 187 468 nəfərə çatıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 737 641 yoluxma və 16 260 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti