...

Qırğızıstanda koronavirusa yoluxanların sayı 2 285 nəfərə çatdı

Dünya xəbərləri Materials 14 İyun 2020 11:30 (UTC +04:00)
Qırğızıstanda koronavirusa yoluxanların sayı 2 285 nəfərə çatdı

Bakı. Trend:

Qırğızıstanda ötən sutka ərzində yeni növ koronavirusa daha 78 nəfər yoluxub.

Trend-in "Kabar"a istinadən verdiyi məlumata görə, bunu brifinq zamanı ölkənin səhiyyə nazirinin müavini Nurbolot Usenbayev deyib.

Onun sözlərinə görə, ölkədə infeksiyaya yoluxanların ümumi sayı 2 285 nəfərə çatıb.

Nazir müavini qeyd edib ki, koronavirusa yoluxanlardan 1 791 nəfəri sağalıb, 27 nəfəri isə vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti