Bakı. Trend:
İstanbulun bütün turizm obyektlərində koronavirus infeksiyası ilə əlaqədar reydlər keçirilir.
Trend-in məlumatına görə, şəhər ərazisində bütün restoranlarda da sanitar normalara əməl olunub-olunmamasına nəzarət gücləndirilib.
Türkiyə Səhiyyə Nazirliyi tərəfindən təşkil olunan reydlərdə İstanbul polisi iştirak edir.
Reydlər başlayandan mindən çox restoran və turizm obyekti yoxlanıb. Bəzi obyektlərdə sanitar-epidemioloji qaydaların pozulması aşkar edilib.