...

Ermənistanda koronavirusa yoluxanların sayı 18 mini keçdi

Dünya xəbərləri Materials 17 İyun 2020 10:59 (UTC +04:00)

Bakı. Trend:

Ermənistanda koronavirusa yoluxanların sayı 18 033 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 544 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 9 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 302 nəfər koronavirusdan ölüb, 10 917 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyulun 13-dək uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti