...

Moskvada koronavirusdan ölənlərin sayı 3 483 nəfərə çatıb

Dünya xəbərləri Materials 18 İyun 2020 02:21 (UTC +04:00)

Bakı. Trend:

Ötən sutka ərzində Rusiyanın paytaxtı Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası ilə bağlı edilən testlərin müsbət çıxdığı daha 49 xəstə vəfat edib.

Trend-in məlumatına görə, bu barədə paytaxtın koronavirusa nəzarət və monitorinq üzrə baş qərargahından bildiriblər.

Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 49 xəstə dünyasını dəyişib".

Ümumilikdə Rusiyanın paytaxtında koronavirusdan 3 483 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti