...

Cənubi Koreyada sutka ərzində 59 nəfər koronavirusa yoluxub

Dünya xəbərləri Materials 18 İyun 2020 08:21 (UTC +04:00)
Cənubi Koreyada sutka ərzində 59 nəfər koronavirusa yoluxub

Bakı. Trend:

Cənubi Koreyada ötən sutka ərzində yeni növ koronavirusa daha 59 nəfər yoluxub.

Trend-in məlumatına görə, bu barədə Koreyanın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzindən (KCDC) xəbər verilib.

Bildirilir ki, yoluxma hallarından 51-i yerli əhalidə, digərləri isə xaricdən gələn vətəndaşlarda qeydə alınıb. Koronavirusa yoluxanların ümumi sayı 12 257 nəfərə çatıb.

Ötən sutka ərzində koronavirusdan bir ölüm hadisəsi qeydə alınmayıb və ölənlərin sayı 280-ə yüksəlib. Hazırkı dövrədək 10 800 nəfər koronavirusdan sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti