...

Yaponiyada yola brokkoli dağıldı, hərəkət 2 saat dayandı

Dünya xəbərləri Materials 20 İyun 2020 14:07 (UTC +04:00)
Yaponiyada yola brokkoli dağıldı, hərəkət 2 saat dayandı

Bakı. Trend:

Yaponiyada brokkoli daşıyan yük maşınının aşması nəticəsində magistral yolda hərəkət iki saata yaxın dayandırılıb.

Trend-in məlumatına görə, qəza nəticəsində 15 metr eni, 30 metr uzunluqda əraziyə brokkoli dağılıb.

Yük maşınında 10 tona yaxın məhsul olub. Sürücü qəza nəticəsində yüngül xəsarətlər alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti