...

Pentaqon ABŞ-ın sanksiya tətbiq edə biləcəyi Çin şirkətlərinin siyahısını hazırlayıb

Dünya xəbərləri Materials 25 İyun 2020 06:23 (UTC +04:00)
Pentaqon ABŞ-ın sanksiya tətbiq edə biləcəyi Çin şirkətlərinin siyahısını hazırlayıb

Bakı. Trend:

Pentaqon ABŞ-ın maliyyə sanksiyaları tətbiq edə biləcəyi "Huawei"də daxil olmaqla 20 Çin şirkətinin yer aldığı siyahı hazırlayıb.

Trend-in məlumatına görə, bu barədə "Reuters" ABŞ Müdafiə Nazirliyindəki mənbəyə istinadən xəbər verir.

ABŞ tərəfinin sözlərinə görə, bu şirkətlər Çin Xalq Azadlıq Ordusu tərəfindən dəstəklənir.

"Reuters" bildirir ki, siyahıya "Huawei"dən əlavə "Hikvision", "China Mobile Communications Group", "China Telecommunications Corp.", "Aviation Industry Corp. of China" şirkətləri də daxil edilib.

Qeyd edilir ki, sənəd ABŞ Konqresinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti