...

Misirdə yeni qızıl yatağı aşkar edilib

Dünya xəbərləri Materials 1 İyul 2020 00:19 (UTC +04:00)
Misirdə yeni qızıl yatağı aşkar edilib

Bakı. Trend:

Misirin şimal-şərqində yeni qızıl yatağı aşkar edilib.

Trend-in məlumatına görə, bu barədə ölkənin Neft və Təbii Ehtiyatlar Nazirliyi bildirib.

Qeyd olunur ki, qızıl yatağı Şərqi səhrada, İkat rayonunda aşkar olunub. Qızıl yatağının ehtiyatları 1 milyard unsiya həcmində qiymətləndirilir.

Yataqda qızıl hasilatı dərəcəsi 95 faizə bərabərdir ki, bu da dünyada ən yüksək göstəricilərdəndir.

Nazirlik növbəti on il ərzində bu sahəyə bir milyard dollardan çox vəsaitin cəlb olunacağını deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti