...

Çində donuzun orqanları meymunlara transplantasiya olunub

Dünya xəbərləri Materials 1 İyul 2020 21:23 (UTC +04:00)
Çində donuzun orqanları meymunlara transplantasiya olunub

Bakı. Trend:

Çində Hərbi Hava Qüvvələrinin Hərbi-tibbi universitetinin həkimləri eksperiment keçirib.

Trend-in məlumatına görə, onlar üç meymuna donuzun orqanlarını transplantasiya ediblər.

Qeyd olunur ki, meymunlardan birinə donuzun ürəyi, digərinə böyrəyi, üçüncü meymuna isə qaraciyər köçürülüb.

Əməliyyatlar iyunun 13-də baş tutub. Ürək və böyrək transplantasiya edilən meymun bir müddət sonra ölüb.

Qaraciyər köçürülən meymun isə iki həftədir ki, yaşayır. Mütəxəssislər bildirir ki, bu, digər heyvanın orqanı köçürülmüş heyvanın sağ qaldığı ən uzun müddətdir.

Qeyd edək ki, ötən il britaniyalı alim yaxın illərdə donuz ürəyinin insana köçürülməsinin mümkün ola biləcəyini demişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti