...

Rusiyada koronavirusa yoluxanların sayı açıqlanıb

Dünya xəbərləri Materials 6 İyul 2020 12:43 (UTC +04:00)
Rusiyada koronavirusa yoluxanların sayı açıqlanıb

Bakı. Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 680 min nəfəri keçib.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 6 612 nəfər virusa yoluxub, 135 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 687 862 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 10 296 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 454 329 nəfər virusdan sağalıb, 223 237 nəfərin müalicəsi isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti