Bakı. Trend:
Monqolustanın bir neçə əyalətində baş vermiş daşqınlar nəticəsində azı 8 nəfər həlak olub.
Trend-in məlumatına görə, daşqınlar həftəsonu qeyd alınıb.
Təbii fəlakət nəticəsində 3 əyalətdə 2,3 mindən çox ev su altında qalıb. Çoxlu sayda sakin yaşayış yerlərindən təxliyə edilib.
Bundan başqa, 7 mindən çox mal-qara tələf olub.