Bakı. Trend:
Türkiyənin Sakarya vilayətində pirotexnika maddələri daşıyan avtomobil partlayıb.
Trend-in məlumatına görə, hadisə nəticəsində 2 hərbçi həlak olub. Daha 8 nəfərin yaralandığı deyilir.
Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib.
Xatırladaq ki, bir neçə gün əvvəl Sakaryada pirotexnika fabrikində partlayış baş vermişdi. Həmin hadisədə 4 nəfər həlak olmuş, 114 nəfər yaralanmışdı.