...

Ermənistanda koronavirusa yoluxanların sayı 32 mini keçib

Dünya xəbərləri Materials 13 İyul 2020 11:34 (UTC +04:00)
Ermənistanda koronavirusa yoluxanların sayı 32 mini keçib

Bakı. Trend:

Ermənistanda koronavirusa yoluxanların sayı 32 151 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 182 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 8 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 573 nəfər koronavirusdan ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti