...

Andjey Duda yenidən Polşa prezidenti seçildi

Dünya xəbərləri Materials 13 İyul 2020 02:47 (UTC +04:00)
Andjey Duda yenidən Polşa prezidenti seçildi

Bakı. Trend:

Polşanın hazırkı prezidenti Andjey Duda ikinci müddətə prezident seçilib.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə respublikanın dövlət seçki komissiyası bildirib.

Son rəqəmlər Dudanın seçkilərin ikinci turunda 51.03 faiz səs toplaması nəticəsi ilə qalib gəldiyini təsdiqlədi. Onun ən böyük müxalifət partiyası - Vətəndaş Platformasından olan rəqibi Varşava meri Rafal Tşaskovski isə səslərin 48,97 faizini qazandı.

Seçki komissiyasının rəhbəri Silvester Marçinyak mətbuat konfransında bildirdiyinə görə, A.Duda üçün 10 milyon 440 min 648 seçici səs verib: "Dövlət Seçki Komissiyası müəyyən etdi ki, 12 iyul 2020-ci ildə keçirilən təkrar səsvermədə Polşa prezidenti vəzifəsinə iki namizəd arasında Andjey Duda daha çox səs topladı və prezident seçildi".

Seçicilik fəaliyyəti 68,18% təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti