...

Məhşur amerikalı hüquq müdafiəçisi ölüb

Dünya xəbərləri Materials 18 İyul 2020 12:03 (UTC +04:00)
Məhşur amerikalı hüquq müdafiəçisi ölüb

Bakı. Trend:

Qaradərililərin nüfuzlu hüquq müdafiəçilərindən biri hesab olunan Con Luis 80 yaşında vəfat edib.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bunu Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bildirib:

"Bu gün Amerika tarixinin ən böyük qəhrəmanlarından birinin - Konqresin vicdanı olan Con Luisin itkisi üçün matəm tuturuq".

Xatırladaq ki, 2019-cu ilin dekabr ayında siyasətçiyə xərçəng diaqnozu qoyulmuşdu.

Con Luis 1963-cü ildə Martin Lüter Kinqin rəhbərlik etdiyi məşhur Vaşinqton yürüşünün təşkilatçılarından biri idi. İlk dəfə 1986-cı ildə Konqresə seçilən Con Luis o vaxtdan ardıcıl 17 dəfə bu postda təmsil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti