Bakı. Trend:
Peru hakimiyyəti koronavirusun yayılması səbəbiylə elan edilmiş fövqəladə vəziyyət rejimini avqustun sonuna qədər uzatdı.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, müvafiq fərman hökumətin rəsmi "El Peruano" qəzetində dərc olunub.
Fövqəladə vəziyyət rejimi <...> COVID-19-ın fəsadları ilə əlaqədar ölkənin üzləşdiyi ağır vəziyyətə görə 31 Avqust 2020-ci ilə qədər uzadılsın", - sənəddə deyilir.
Sərəncam həmçinin infeksiyaların sayının artması səbəbindən bir sıra əyalətlərdə olduğu kimi, Arekipa, İka, Hunin, Yanuko və San Martin bölgələrində də ciddi karantin tədbirlərinin müddətini uzadır. Bu ərazilərin sakinlərinə bazar ertəsindən şənbə gününə qədər evdən yalnız zərurət olduqda çıxmağa icazə verilir. Bazar günü və komendant saatlarında (20:00-dan 04:00-a qədər) hər kəs evdə olmalıdır.
Perunun səhiyyə nazirliyinin son məlumatında ölkədə ümumilikdə koronavirusa yoluxma hallarının sayının 407 mini keçdiyini, qurban saylarının isə 19 mindən çox olması bildirilir.