Bakı. Trend:
Gürcüstan son sutka ərzində daha 6 nəfər yeni növ koronavirusa yoluxub.
Trend-in Gürcüstan KİV-lərinə istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 177 nəfərə çatıb.
Bildirilir ki, son 24 saat ərzində 8 nəfər koronavirusdan sağalaraq evə buraxılıb. Hazırkı dövrədək koronavirusa yoluxanlardan 955 nəfəri sağalıb, 17 nəfər isə vəfat edib.
Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-sı qeydə alınıb.