...

"Crew Dragon" Meksika körfəzində suya eniş edib

Dünya xəbərləri Materials 3 Avqust 2020 00:48 (UTC +04:00)
"Crew Dragon" Meksika körfəzində suya eniş edib

Bakı. Trend:

ABŞ-ın "Crew Dragon" kosmik gəmisi Meksika körfəzində, Florida ştatının sahilləri yaxınlığında suya eniş edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, kosmik gəminin eniş etməsi ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) saytında canlı yayımlanıb.

Məlumata əsasən, təxminən 5,5 kilometr yüksəklikdə kosmik gəminin əyləc paraşütləri, bir neçə dəqiqədən sonra isə təxminən 2 kilometr yüksəklikdə əsas dörd paraşütləri açılıb. Saat 22:48-də kosmik gəmi təxminən saniyədə 7,5 metr sürətlə Meksika körfəzində suya eniş edib.

Qeyd edək ki, "Crew Dragon" kosmik gəmisinin göyərtəsində NASA-nın iki astronavtı - Daqlas Harli və Robert Benken olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti