Bakı. Trend:
Yaxın Şərq regionuna qoşunlarını göndərməsi ABŞ tarixinin ən böyük səhvi idi.
Trend-in məlumatına görə, bunu ölkə Prezidenti Donald Tramp öz müsahibəsində deyib.
O, öz fəaliyyəti dövründə digər ABŞ prezidentlərinin edə bilmədiyini etdiyini bəyan edib:
“Biz İŞİD-i 100 faiz məhv etdik, biz Süleymanini, əl-Bağdadini zərərsizləşdirdik. Mən digər prezidentlərin edə bilmədiyini etdim. Onlar, ümumiyyətlə Yaxın Şərqə gəlməməli idilər. Yaxın Şərqə qoşun göndərmək və bu regionun işlərinə müdaxilə etmək qərarı ölkəmizin tarixinin ən böyük səhvidir”.