...

Ermənistanda koronavirusdan ölənlərin sayı 770 nəfəri keçib

Dünya xəbərləri Materials 6 Avqust 2020 11:13 (UTC +04:00)

Bakı. Trend:

Ermənistanda koronavirusa yoluxanların sayı 39 819 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 233 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, daha 2 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 772 nəfər koronavirusdan ölüb, 7 491 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, Ermənistanda pandemiya ilə əlaqədar fövqəladə vəziyyət avqustun 12-dək uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti