Bakı. Trend:
Fransanın Havr şəhərində bankda insanları girov götürən şəxs polislər tərəfindən saxlanılıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, Mehdi D. adlı şəxsin girov götürdüyü 6 nəfər azad edilib, hazırda onlarla psixoloqlar işləyirlər.
İlkin məlumata əsasən, girov götürülən şəxslərdən xəsarət alan olmayıb.
XXX
22:13
Fransanın Havr şəhərində silahlı şəxs bankda bir neçə nəfəri girov götürüb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, hazırda bankın binasında 4 nəfər var, 2 nəfər bankdan çıxa bilib.
Bildirilir ki, silahlı şəxs yerli vaxtla təxminən saat 17:00-da banka daxil olub və tələblər irəli sürüb. Tələblərin nədən ibarət olduğu barədə məlumat verilmir.
Hadisə yerinə terrorla mübarizə üzrə xüsusi polis qüvvələri cəlb edilib, bankın binası mühasirəyə alınıb.