...

Pakistanda daşqınlar: 60-dan çox ölü

Dünya xəbərləri Materials 10 Avqust 2020 10:14 (UTC +04:00)
Pakistanda daşqınlar: 60-dan çox ölü

Bakı. Trend:

Pakistanda musson yağışları və daşqınlar nəticəsində son 3 gün ərzində 64 nəfər həlak olub.

Trend-in məlumatına görə, ən çox itki ölkənin şimal qərbindəki Xayber-Pahtunkva əyalətində qeydə alınıb.

Regionda yüzlərlə ev dağılıb, küçələr su altında qalıb. Əhalinin təxliyəsi üçün hərbçilər cəlb olunub.

Ölkənin iri şəhərləri, Kəraçi və Lahorda həyat iflic olub. Nəqliyyatın hərəkəti dayanıb, iş yerləri müvəqqəti bağlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti