...

Türkiyə hökuməti: Erməni lobbisi Yerevanda çirkli pulların yuyulması ilə məşğuldur

Dünya xəbərləri Materials 11 Avqust 2020 13:18 (UTC +04:00)
Türkiyə hökuməti: Erməni lobbisi Yerevanda çirkli pulların yuyulması ilə məşğuldur

Bakı. Rufiz Hafizoğlu - Trend:

Erməni lobbisi Yerevanda çirkli pulların yuyulması ilə məşğuldur.

Bu barədə Trend-ə Türkiyə hökumətindən bildiriblər.

Qeyd olunub ki, ABŞ və Avropa ölkələrindəki erməni lobbisi “humanitar yardım” adı ilə hər ay Yerevana guya tarixi abidələrin bərpası və Ermənistan iqtisadiyyatının bərpası üçün milyonlarla dollar vəsait yollayır:

“Erməni lobbisinin çirkli pulları ilə Yerevanın mərkəzində binalar tikilir, pulların böyük əksəriyyəti isə silahlanmaya, eləcə də Ermənistan ordusunun və Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz rejimin silahlı birləşmələrinin təliminə yönəlir”.

O da qeyd olunub ki, Cənubi Qafqazda sabitliyin pozulması ilk növbədə erməni lobbisinin marağındadır, çünki bu cür vəziyyət onlara regionda çirkli pulları yumağa imkan verir:

“Ermənistan hakimiyyəti erməni lobbisinin girovudur. Məhz bunun “sayəsində” Ermənistan özünü bütün regional layihələrdən təcrid edib”.

Hökumətdən bildiriblər ki, erməni lobbisinin maraqlarından çıxış etməklə, Ermənistan hakimiyyəti faktiki olaraq ölkə əhalisini məhv edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti