Bakı. Trend:
Çexiya prezidenti Miloş Zeman xəstəxanaya yerləşdirilib.
Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi bildirib.
Bildirilib ki, Çexiya lideri əl zədəsi səbəbindən Praqadakı Mərkəzi Hərbi Xəstəxanaya çatdırılıb, o əməliyyat olunacaq:
"Bu, həyat üçün təhlükəli bir vəziyyət deyil, prezident ailəsi və əməkdaşları ilə təmasdadır".